Yaşayış binasında YANĞIN: zəhərlənənlər arasında uşaq da var - FOTO

OXUNUB: 656 DÜNYA

İstanbulun Maltepe rayonunun Fındıklı Məhəlləsində yerləşən 5 mərtəbəli bir binanın girişindəki iş yerində başlayan yanğın qısa zamanda böyüyüb.

Yanğın saat 07:30 radələrində başlayıb. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə və xilasetmə dəstələri gəlib.

Yanğının yuxuda yaxaladığı bina sakinləri çətin anlar yaşayıblar. Yuxarı mərtəblərdə çarəsiz qalan sakinləri xilas etmək üçün xilasetmə dəstələri hərəkətə keçib.

Əldə edilən son məlumata görə, həmin sakinlər xilasedicilərin pəncərə və eyvanlara uzatdıqları nərdivanlarla xilas ediliblər.

Yanğın zamanı 1-i uşaq olmaqla 3 bina sakini zəhərlənib. 

Səlahiyyətlilər hadisə yerini nəzarətə götürüblər./milli

İcmal.Az

Türkiyədə yaşayış binasında YANĞIN: zəhərlənənlər arasında uşaq da var - FOTO

Türkiyədə yaşayış binasında YANĞIN: zəhərlənənlər arasında uşaq da var - FOTO

Türkiyədə yaşayış binasında YANĞIN: zəhərlənənlər arasında uşaq da var - FOTO

RƏYLƏR