“Yelo Bank” ASC açıq tender elan edir

OXUNUB: 643 İQTİSADİYYAT BANK
"Yelo Bank” ASC inzibati binası üçün sinxron prinsiplə işləyən elektrik generatorların alınması məqsədilə açıq tender elan edir.

Generatorlar üzrə tələblər aşağıdakı kimidir: 
Generator sayı – 3 ədəd
Generatorun iş prinsipi – sinxron
Generator gücü – 410 kVa
Sinxron panel – 1 ədəd

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir: 
-Təqdim ediləcək məhsulun keyfiyyəti
-Təklif ediləcək məhsulun qiyməti
-İştirakçı şirkətin bu sahədə təcrübəsi
-Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
-Müqavilənin icra müddəti
-Avadanlıqlara texniki servis xidmətinin müddəti

1.Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-Qiymət təklifi
-İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)





Tender təklifi

2.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-Tender təklifləri 24 Dekabr 2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-Zərflərin hər küncü möhürlənməlidir. 
-Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 

3.Müqavilənin icra müddəti


-Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
-Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.

4.Ödəniş və digər şərtlər

-Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir. 
-Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
-Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
-Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
-Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
-Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
-Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
-Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
-Müqavilə imzalanana qədər Bank satın alınacaq avadanlıqların sayınının artırılması və ya azaldılması hüququna malikdir. 



5.Satınalan təşkilatın ünvanı 

-Bakı ş. Puşkin küçəsi 30, AZ1010

-Əlaqələndirici şəxslər: 

Elşad F. Rəhimov 

İnzibati və Təchizat departamentinin
Baş mütəxəssisi
+99412 981 daxili 1974
+99455 2140087

6.Tenderin nəticəsi haqqında məlumat

-Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.

RƏYLƏR