Yelo Bank-da Autizm Günü təşkil edildi

OXUNUB: 431 İQTİSADİYYAT BANK
Aprel ayı dünyada Autizm Maarifləndirmə Ayı kimi geniş qeyd edilir. Autizmə diqqət və dəstək məqsədli ardıcıl layihələr həyata keçirən Yelo Bank bu dəfə qapılarını "Birgə və Sağlam" İctimai Birliyinə açdı. Bankda təşkil edilmiş Autizm günü çərçivəsində təşrif buyuran autizm spektrli uşaqlar adi iş gününə fərqli atmosfer qatdılar. 

Qonaqlar Baş ofisdəki iş mühiti və kollektivlə tanış oldular. Daha sonra birliyin nəzdində fəaliyyət göstərən "Kashalata Café” tərəfindən Bankın yeməkxanasında şirniyyat yarmarkası həyata keçirildi. Autizm sindromlu gənclərin hazırladığı müxtəlif şirniyyatlar əməkdaşların böyük marağına səbəb oldu.  

Qonaqlar Yelo Bank-a xüsusi sürpriz də hazırlamışdılar: yarmarkanın ardınca Bank-ın tədbir zalında birliyin "Mavi Ürəklər” xor qrupu konsert proqramı ilə çıxış etdi. İstedadlı qrup üzvlərinin çıxışları tədbirin axarına xüsusi rəng qatdı. Konsertdə ifa zamanı əməkdaşlar da qrup üzvlərini müşahidə etdilər. Tədbirdə Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və Birliyinin sədri Aytən Eynalova söz alaraq autizmli şəxslərin cəmiyyətə adaptasiyasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğuladılar. 

Yelo Bank cəmiyyətdə autizm sindromlu uşaqlara tolerantlığı artırmaq məqsədilə davamlı təşviqat və təbliğat layihələri həyata keçirəcək. Bankın bu cür sosial təşəbbüslərdə əsas məqsədi autizmə fərqlilik, eyni zamanda bərabərlik kimi yanaşmanı aşılamaqdır. Qeyd edək ki, bu Yelo Bank-ın ay ərzində autizmə dəstək məqsədilə keçirilmiş 2-ci layihəsidir. Əvvəlki layihə çərçivəsində Bank autizm spektrli və digər fiziki imkanları məhdud uşaqlarla birgə quş yuvaları düzəldərək şəhərimizin müxtəlif parklarında yerləşdirib.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! 

Yelo Bank – Parlaq bankçılıq!
 
 



RƏYLƏR