Yeni cəbhə açılır - Lavrovdan BƏYANAT

OXUNUB: 496 DÜNYA

"Ən-Nüsra” Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir.

Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Suriya sabah” müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib.

"İŞİD-ə həlledici zərbə vurulub. Hərçənd döyüş meydanından qaçmış döyüşçülər Suriyadan xaricə çıxmağa çalışırlar. Amma aydındır ki, əsas mübarizə arxada qalıb. İndi, əlbəttə, "Ən-Nüsra” Cəbhəsinin dağıdılması terrorçuluğa qarşı əsas məsələdir”, - Lavrov əlavə edib.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, İŞİD-in döyüşçüləri Suriya və İraqdan qonşu ölkələrə gedirlər.

"Təşkilatın döyüşçüləri Əfqanıstanda möhkəmlənir. Onlar oradan İran, Çin, Hindistan, Mərkəzi Asiya və Rusiyaya sıza bilərlər”, - Təhlükəsizlik Şurasının katibi deyib.

İcmal.Az

RƏYLƏR