«Yeni Mingəçevir» – GƏNC FOTOQRAFLARIN GÖZÜ İLƏ – SƏRGİ layihəsinə start verildi

OXUNUB: 826 SOSİAL

 

İCMAL.az xəbər verir ki, fiziki şəxs olaraq Mingəçevirli gənc Səddam Abbas Gənclər Fondunun dəstəyi ilə «Yeni Mingəçevir» – GƏNC FOTOQRAFLARIN GÖZÜ İLƏ - SƏRGİ layihəsinə start verib. Bu barədə saytımıza layihə müəllifi özü məlumat verib: "Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.Azərbaycan xalçaları qeyri-adi dizaynı, dolğun rəngləri, özünəməxsus toxuculuq texnikası ilə bənzərsizdir. Azərbaycanın bu qədim sənət nümunələri hazırda dünyanın Viktoriya və Albert Muzeyi (London), Tekstil Muzeyi (Vaşinqton), Luvr (Paris), Topkapı (İstanbul), Ermitaj (Sankt-Peterburq) kimi məşhur muzey və qalereyalarında nümayiş etdirilir. Bütün bu mədəni irsimizin foto formatında virtual təbliğinə böyük ehtiyac var. Bu mənada biz «Yeni Mingəçevir» – GƏNC FOTOQRAFLARIN GÖZÜ İLƏ - SƏRGİ layihəsini reallaşdırmaqla gənclərimizin bu sahədə biliklərinin artmasına xidmət etmiş oluruq”

Məlumat üçün qeyd edək ki, layihə 1 dekbr 2019-cu il tarixdən 1 mart 2020-ci il tarixədək davam edəcəkdir.

RƏYLƏR