
Dünya koronavirusa görə karantinə bağlandığı bir dövrdə insanlar vaxt çoxluğundan müxtəlif "challenge"lərə start verir: bəziləri sabun və digər əşyalarla ötür-ötür oyunu oynayır, bəziləri belinə yastıq bağlayıb şəkil çəkdirir...
İcmal-ın "Woman Journal"a istinadən verdiyi xəbərə görə, bu dəfə də burunda dodaq çəkib "mikroüz" yaratmaq "moda düşüb".

Belə ki, "make up" ustaları qeyri-adi makiyajla görənləri təəccübləndiriblər. Əslində isə bunu təkrarlamaq çox asandır: sadəcə ağzınızı köynəyinizin boğazı, şərf və hətta tibbi maska ilə bağlayıb burnunuza dodaq çəkin.
Hazırda "İnstagram"da #tinyfacechallenge haştaqıyla 700-ə yaxın şəkil paylaşılıb.
Oxuculara onların bəzilərini təqdim edirik.













































