“Yəqin sənin trolların da “ictimai əsasla” işləyir” – Deputatdan sərt sözlər!

OXUNUB: 1763 SİYASƏT
"AXCP sədri Əli Kərimli indi də özünə əl qatıb ki, "ictimai əsaslı sürücüm”(?!) həbs olunub. Amma demir niyə, hansı səbəbə? Elə ancaq qışqırır, vurnuxur, nifrin püskürür, ittiham edir. Vəssalam.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Və nə hikmətdirsə, hamı buna "ictimai əsasla” xidmət edirmiş. İctimai əsaslı mühafizəçi...ictimai əsaslı sürücü....ictimai əsaslı bağban...ictimai əsaslı dayə...ictimai əsaslı köməkçi və sair, ilaxır.

Kimsən axı sən? Niyə hər kəs səninlə ictimai əsasla, könüllü, pulsuz işləsin ki? Səbəb?! Perspektivin varmı - yoxdur! Siyasətdə böyük nüfuz sahibisənmi? - Xeyr! Kimsə gələcəyini, arzularını, ümidini sənə bağlayırmı, bağlayıbmı, bağlaya bilərmi? – Əsla. Qətiyyən! Mümkün deyil! Yaxşı, bəs o zaman niyə bu cür kustar, cılız, səbatsız gedişlərlə özünü ciddi adam kimi qələmə verməyə, ətrafındakıları isə guya sənin uğrunda hər fədakarlığa hazır olan biriləri kimi göstərməyə çalışırsan?

Hamısına maaş verirsən. Hamısına!İstəyirsən, məbləğləri də deyim. Hər mühafizəçiyə 1500, köməkçiyə 1500, sürücüyə 1200, müavinlərə 1000, evdə çalışan xanıma 1000, bazarlıq işinə baxana 800, müavinlərə 600, şöbə müdirlərinə 350 manat...

"İctimai əsaslı” imiş...Yox bir! Daha nələr.

Yəqin bir azdan deyərsən ki, "İctimai əsasla işləyən trolumu istintaqa çağırıblar”. Sənə nə var ki? Zatən abırını, həyanı, urvatını, hörmətini çoxdan itirmiş və... bütün "axırıncı variant”ları özünə həyat, fəaliyyət prioriteti seçmiş adamsan. Ayrıca, bata-bata, sata-sata, itirə-itirə, sürünə-sürünə də gedirsən. Gedirsən deyəndə ki...hətta getməyi belə imitasiya edirsən.

Bədbəxt adam! Hərdən düşünürəm ki, boynundakı qalstuk, əynindəki kostyum, ayağındakı ayaqqabılar da ictimai əsasla, könüllü və öz xoşları ilə gəlib səni tapıblar. Zorla boğazına, bədəninə oturublar.

Amma mənə ən çox bilirsənmi kim maraqlıdır? Sənin "ictimai əsaslı” dəlləyin.

Çünki, "bir saçı necə bu qədər pis kəsmək olar” mövzusunda onun tövsiyyələrinə həqiqətən ciddi ehtiyac var.”- deyə Partiya sədri fikirlərinə davam edib.

 
 

RƏYLƏR