Yer kürəsinə asteroid yaxınlaşır

OXUNUB: 1750 MARAQLI

Oktyabr ayının 12-də Yer kürəsi yaxınlığından asteroid keçəcək.

Bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

Səma cisminin diametri təxminən 15-30 metrdir. Qeyd olunur ki, bu ölçülərə malik asteroidin Yerin atmosferinə daxil olmasının effekti 2013-cü ildə Çelyabinskdə düşən meteoritlə müqayisə edilə bilər.

Agentliyin məlumatına əsasən, asteroid Yerdən 44 min kilometr məsafədə keçəcək.

"Bu çox yaxın məsafədir”, - Avropa Kosmik Uçuşlar Mərkəzinin direktoru Rolf Densinq deyib./oxu

 

İcmal.Az

RƏYLƏR