Yer kürəsinə hər il 40.000 ton meteorit düşür - MARAQLI FAKT

OXUNUB: 1236 MARAQLI
Planetimizdə il ərzində 40.000 ton meteoriti "məskunlaşır". 50 qramdan çox olan meteoritlərin ümumi çəkisi 16 000 tondur. Meteoritlərin əksəriyyəti yerin səthinə ən kiçik hissəciklər - meteorit tozu şəklində düşür. Kembric Universitetinin, Londonun İmper Kollecinin və Britaniyanınn Antarktika Xidmətinin alimləri ortaq araşdırmadan sonra bu nəticəyə gəliblər.

İCMAL.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, araşdırmanın nəticələri "Geology" nəşrində dərc olunub.

Alimlər meteoritlərin qütb bölgələrindən çox, ekvatorda düşdüyünü deyirlər.

Modelləşdirmə metoduyla məlum olub ki, ildə Yer kürəsinə təxminən 17000 dəfə meteorit düşür. Düşən meteoritlərin çəkisi nadir halda 10-50 kiloya çatır.
 
Tədqiqatda iştirak edən mütəxəssislərin sözlərinə əsasən, Antarktidada "qarada ağ" kontrastı olduğu üçün burada meteorit tapmaq daha asandır: qar və buz üzərinə düşmüş kosmik daşlar digər səthlərdəkindən daha yaxşı görsənir.

Antarktidada iki il ərzində aparılan araşdırma zamanı 120-yə yaxın meteorit tapılıb.

RƏYLƏR