Yerdə yeni temperatur rekordu qeydə alınıb: Təxminən son 3000 ilin ən yüksək həddi

OXUNUB: 1066 DÜNYA

Yeni tədqiqat işləri çərçivəsində Atlantik okeanının mövcud temperaturunun son 29 əsrdə ən yüksək həddə çatdığı məlum olub.

Alimlər bununla bağlı araşdırmalarını PNAS jurnalında dərc ediblər.

 

Bildirilir ki, okeanda suyun temperaturu dövri olaraq azalır və artır, bu dövrilik onlarla, hətta yüzlərlə il çəkə bilər. Ancaq son bir neçə ildə bu cür sıçrayışlar təbii proseslərin nəticəsi olmaqdan çıxıb.

Alimlərin hesab edir ki, bu sıçrayışlar antropogen xüsusiyyət daşıyır və güclü, dağıdıcı qasırğalara səbəb ola bilər.

Məlumata görə, ABŞ-dan olan mütəxəssislər, Atlantik okeanında suyun istiliyinin son 2 900 ildə necə dəyişdiyini öyrənmək üçün Kanada yaxınlığındakı Arktika bölgəsindəki dib çöküntülərini analiz ediblər. Bu parametrin müntəzəm olaraq yüksəlib-azaldığı nümayiş olunub, lakin 2010-cu ildən bəri okean istiliyində əhəmiyyətli bir artım müşahidə edilib. Bu, bəşəriyyət üçün böyük bir təhlükə olan qlobal istiləşməni göstərə bilər.


RƏYLƏR