Türkiyənin Radio və Televiziya şurası (RTÜK) Tv8 kanalında yayımlanan "Yetenek sizsiniz" verilişini yenidən cərimələyib.
Ötən ay verilişi azyaşlıların əxlaqi keyfiyyətlərinə zərər verdiyi iddiası ilə cərimələyən RTÜK bu dəfə də dini məsələyə görə "Yetenek sizsiniz"i cəzalandırıb.
Belə ki, verilişdə oxunan "7 kocalı hürmüz" mahnısınn içərisində işlənən "Allah baba" ifadəsinə görə kanal 1 milyon lirəlik cərimələnib.
RTÜK-ün açıqlamasında qeyd olunub ki, insana aid özəlliklərin Allaha aid edilməsi düzgün deyil.
Quranda buyrulduğu kimi, Allahın cinsiyyəti yoxdur. "Doğmamış və doğulmamışdır"./milli
İcmal.Az

























