Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Vəkil Əli Hüseynovun e-huquq.az-a verdiyi xəbərə görə, məhkəmə təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.
Qeyd edək ki, A. Tahiroviçə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 5 il məntəqə tipli cəza verilmişdi.
Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A. Tahiroviçin idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə X. Bağırzadə dünyasını dəyişib.
İcmal.Az
























