"YouTube"un baş ofisində atışma: 1 ölü, 4 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

OXUNUB: 711 DÜNYA

ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib.

Həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.

Qeyd olunur ki, Aqdam atəşdən sonra intihar edib. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırdı, çox guman ki, onun məqsədi həmin kişi olub.

Qeyd edək ki, atışma nəticəsində daha iki qadın yaralanıb.


07:49

Kaliforniyada "YouTube"un baş ofisində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb, daha bir nəfər isə ölüb.

Bunu yerli polis bildirib.

"Ümumilikdə 4 yaralımız var, onlar xəstəxanaya çatdırılıb və daha bir nəfər isə binanın daxilində ölüb", deyə polis əməkdaşı bildirib.

Ehtimala görə, bina daxilində ölən atəş açan qadındır. Onun intihar etdiyi ehtimal olunur.


Cтрельба в штаб-квартире YouTube

 

---------

01:55

"YouTube" videoportalının baş ofisində atışma törətməkdə şübhəli bilinən qadın ölüb.

Bu barədə MSNBC telekanalını məlumatı yayıb.

Məlumata əsasən, hadisə ilə əlaqədar xəstəxanaya 5-ə qədər yaralı çatdırılıb.

--------

01:21

"YouTube"un əməkdaşları sosial şəbəkələrdə şirkətin baş ofisində atışma baş verdiyini bildirirlər.

 Yaralıların olduğu da bildirilir.

Qeyd olunur ki, bu xəbərlərdən sonra binaya polis əməkdaşları daxil olub və bəzi əməkdaşları çölə çıxarıb. KİV-lərin yaydığı məlumata əsasən hadisə yerinə xüsusi təyinatlı dəstələr də cəlb olunub.

Həmçinin bildirilir ki, atışmanı qadın törədib./trend

İcmal.Az

RƏYLƏR