Yoxa çıxan 6 şagird görün haradan tapıldılar – İfadələri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO - FOTO

OXUNUB: 505 DÜNYA

Türkiyənin Konya şəhərində imatahan sonrası ekskursiyaya gedən şagirdlərlə əlaqəsi kəsilən ailələri polisdən kömək istəyib.

İmtahandan əla qiymət alan lisey şagirdi imtahan nəticəsinin açıqlanmasından sonra bunun keyfini çıxarmaq üçün ekskursiyaya çıxmaqları haqda qərar veriblər. Hazırlıqlarını tamamladıqdan sonra ailələrindən "Tura yollanırıq, amma orada məsciddə qalacağıq" deyərək icazə alan şagirdlər səhər saatlarında planlaşdırdıqları bölgəyə getmək üçün yola çıxıblar.

Bölgədə telefonları "tutmayan" 6 şagirdlə əlaqə saxlaya bilməyən ailələri vəziyyətlə bağlı dərhal polisə xəbər veriblər. Polislər ailələrin ifadəsi əsasında şagirdlərin yollandıqları istiqamətdə təhlükəsizilik kameralarını izlədikdən sonra hava şəraitinin soyuq keçməsini nəzərə alaraq aidiyyəti qurumlardan axtarışlarda kömək etmələrini istəyiblər.

Təxminən 2 saatlıq axtarış sonrası çadırlara rast gəlinib.

Gənclər onları çadırda yatarkən tapan səlahiyyətlilərin, "Yaxşısınızmı? " sualına "Əlhəmdülillah, yaxşıyıq, amma niyə bu qədər həyəcan keçirdiniz, anlamadıq" deyərək cavab veriblər.

 

14- 17 yaş aralığındakı 6 şagird qaldıqları yerdən maşınlara aparılıblar.

Polis əməkdaşları tərəfindən bölməyə aparılan şagirdlər daha sonra ailələrinə təhvil verilib./milli

İcmal.Az


Yoxa çıxan 6 şagird görün haradan tapıldılar

RƏYLƏR