Yunanlar Türkiyə helikopterinə atəş açdı

OXUNUB: 612 DÜNYA

Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.

İcmal.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, helikopter Kızıllhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. 

Bu zaman Yunanıstan hərbçiləri Türkiyəyə məxsus helikopterə xəbərdarlıq atəşi açıb.

Türkiyə və Yunanıstanın müdafiə nazirlikləri hələlik insidentə münasibət bildirməyiblər.

İcmal.Az

RƏYLƏR