Yunanlar Türkiyə sahillərinə Bizans bayrağı ilə gəldilər

OXUNUB: 748 DÜNYA

Türkiyə və Yunanıstan arasında münasibətlər yenidən gərginləşməkdədir.

Buna səbəb Yunanıstanın müdafiə nazirinin öncəki gün yunanlar tərəfindən işğal edilmiş "Kardak” qayalıqlarına çələng atmağa cəhd etməsi olub.

Ancaq onun bu cəhdinin qarşısı son anda Türkiyənin Dəniz Qüvvələri Komandanlığı və Sahil Təhlükəsizlik əməkdaşları tərəfindən alınıb, yəni yunan nazir istəyini gerçəkləşdirmədən həmin bölgədən ayrılıb. Eyni zamanda, Egey adalarında gərginliyi artırmağa hesablanmış bənzər bir  addım da İzmir - Karaburunda yaşanıb.

Belə ki, Machitis adlı yunan qaravul gəmisi Bizans bayrağı ilə Karaburun sahillərinə gəlib. Ancaq burada da təlimlə məşğul olan Dəniz Qüvvələri Komandanlığının əməkdaşları həmin addımın qarşısını alıb, gəmini sahildən Yunanıstan istiqamətinə uzaqlaşdırıblar./oxu


İcmal.Az

RƏYLƏR