Yaxın vaxtlarda "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin olunması gözlənilir.
7News.Az Demokrat.az-a istinadən xəbər verir ki, Zakir İbrahimovun namizədliyi ilə bağlı yaxınları tərəfindən müzakirələr aparılıb. Qeyd edək ki, 2025-ci ilin fevral ayından bəri ekologiya və təbii sərvətlər naziri postuna təyinat yoxdur.
Sabiq nazir Muxtar Babayev həmin tarixdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
			  
					
					
					
			 
			
			 
			 
				






















 
				 
				