Zaqatalada fındıq bağlarında yanğın olub

OXUNUB: 710 HADİSƏ

Zaqatalada fındıq bağlarında yanğın olub.

 

 Bu gün axşam saatlarında rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində sakinlərə məxsus 1,5 hektar ərazidə quru ot, kol-kos və 90 ədəd fındıq ağacı yanıb./apa

 

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

İcmal.Az

RƏYLƏR