Zaqatalada kafedə ər arvadını bıçaqladı

OXUNUB: 774 HADİSƏ

Zaqatalada ər arvadını bıçaqlayıb.

Bu gün axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanma baş verib.

Kafedə işləyən Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov hələ ki istintaqa məlum olmayan səbəbdən kafedə işləyən həyat yoldaşı 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynovaya bir-neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. /apa

 

İcmal.Az

RƏYLƏR