Zəfərin 5 illiyinə həsr olunmuş “Ən Böyük Hədiyyə” layihəsi təqdim edilib

OXUNUB: 0 Özəl SOSİAL
"PASHA Malls” və "PASHA Real Estate Group” bu il Zəfər Gününü "YAŞAT” Fondu ilə birgə həyata keçirdiyi sosial layihə – "Zəfər Köşkü” ilə qeyd edir. 6 noyabrdan etibarən Crescent Mall, Gənclik Mall və Gəncə Mallda fəaliyyət göstərən bu xüsusi guşədə Zəfərimizin rəmzlərinə həsr olunmuş məhsullar artıq satışa çıxarılıb.

Satışdan əldə olunan bütün gəlirlər isə "YAŞAT" Fonduna ianə ediləcək. Beləliklə, hər bir məhsul şəhid ailələri və qazilərimizə mənəvi dəstəyin, həmrəylik və minnətdarlığın simvoluna çevriləcək.

Bu təşəbbüs "Zəfər – qarşılığı olmayan ən böyük hədiyyəmizdir” mesajını paylaşaraq qəhrəmanlarımızın fədakarlığını ehtiramla yad edir və Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə ötürməyi hədəfləyir.
 



 

RƏYLƏR