“Zeytun Pharma” dərman firmasında nə baş verir?

OXUNUB: 6 İQTİSADİYYAT
Apteklər şəbəkəsi və dərman firması olan "Zeytun Pharma” ilə bağlı cərimə protokolu imzalanıb.

Dərman firmasının İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.3-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

"Zeytun Pharma” ilə bağlı iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. İşə 19 yanvar tarixində hakim Emin Axundovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Zeytun Pharma” MMC şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

RƏYLƏR