Zülfiyyə Nuriyeva Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü seçildi

OXUNUB: 884 Özəl SOSİAL
Qan donorluğunun inkişafında göstərdiyi xidmətlərə görə "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin təsisçisi və sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Qərbi Azərbaycan İcması – Qadınlar Şurasının üzvü Zülfiyyə xanım Nuriyeva Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü seçilib.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul bu münasibətlə Zülfiyyə Nuriyevanı təbrik edərək, gələcək ictimai fəaliyyətində uğurlar arzulayıb:

"Zülfiyyə xanımın sosial sahədə, eləcə də qan donorluğunun təşviqində göstərdiyi xidmətlər yüksək qiymətləndirilir. Onun Fəxri üzv seçilməsi həm Mərkəzimiz, həm də cəmiyyət üçün dəyərli addımdır”, – deyə Fuad Rəsul bildirib.

RƏYLƏR