Özünü "Barbie"yə oxşadan qızın əməliyyatdan sonra beynində şiş yarandı - FOTOLAR

OXUNUB: 906 MARAQLI
"Barbie" gözəllik simvolu sayılır.

İcmal.Az olke.az- istinadən xəbər verir ki, dünyada "Barbie"yə oxşamaq üçün çılğın hərəkətlər edən insanların sayı kifayət qədərdir. Finlandiyada yaşayan gənc qadın da onlardan biridir.

Amanda Ahola Finlandiyanın Jivaskila şəhərində yaşayır. Ahola "Barbie"yə oxşamaq üçün külli miqdarda pul xərcləyib.

Ahola bildirir ki, "Barbie" kimi mükəmməl olmağa çalışır.

İlk məqsədi isə xarici görünüş cəhətdən mümkün qədər bənzər görüntüyə sahib olmaqdır. 

İnsanlar onu "Barbie" çağıranda Amanda özünü çox xoşbəxt hiss edir.

Ahola 18 yaşından plastik əməliyyat keçirir, sinəsini və dodaqlarını iriləşdirir.

Pul üçün isə ailəsinə müraciət etmir.

Gənc qadın əməliyyat pulunu toplamaq üçün gün ərzində uzun müddət bir neçə işdə çalışır.

Hətta xadimə də işləyib.

Uşaq yaşlarından "Barbie"yə oxşamağı hədəfə çevirən Amanda 16 yaşından planlarını həyata keçirməyə başlayıb.

Amanda Ahola sonuncu əməliyyatda ölümdən döndüyünü bildirir: "Son əməliyyatda sinəmi böyüdürdüm. Ölümlə üz-üzə gəldim. Baş verən problemlər səbəbindən beynimdə şiş əmələ gəldi. Anam deyir ki, 1 gün onları da tanımamışam".

Amma Amanda baş verənlərə görə peşman olmadığını da qeyd edir.

Özünü
Özünü
Özünü

Bu isə Amandanın əməliyyatdan əvvəlki fotolarıdır:

Özünü
Özünü
Özünü
İcmal.Az

RƏYLƏR