14 yaşında modellik etdirilən qız öldü - "Ana, çox yorulmuşam, yatmaq istəyirəm" - FOTO

OXUNUB: 127 MÜSAHİBƏ ŞOU-BİZNES

Əslən rusiyalı olan 14 yaşlı model Vlada Dzyuba Çində dünyasını dəyişib.

 Şanxayda podiuma çıxmağa hazırlaşan modelin hərarəti qalxıb, huşunu itirərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Vlada 2 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Azyaşlı model xəstəxanada dünyasını dəyişib.

Vladanın son sözləri: "Ana, çox yorulmuşam, yatmaq istəyirəm" olub.

Həkimlər bildiriblər ki, qızın ölümünə səbəb onun tükənməsi olub. Belə ki, meningit xəstəliyi olan qız həddindən artıq işlədilib və o, gün ərzində cəmi bir neçə saat dincələ bilib.

 

Rusiya mətbuatında qeyd olunan məlumata görə, Vlada Dzyuba Çinin moda agentliyi ilə 3 aylıq müqavilə imzalayıb və gün ərzində 13 saat işləyib./milli

14 yaşında modellik etdirilən qız öldü -

14 yaşında modellik etdirilən qız öldü -

14 yaşında modellik etdirilən qız öldü -

 

İcmal.Az

RƏYLƏR