3 milyon söz verib, yoxa çıxan iş adamı – Füzuli Məmmədov haradadır?

OXUNUB: 2318 Özəl Seçilmiş Önəmli

 

 

Prezident  İlham  Əliyevin  müvafiq  sərəncamından  sonra  1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı” nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində – Cocuq Mərcanlı  kəndində    əsaslı  bərpa  işləri başlandı.Surətli görülən işlərdən sonra  kənd  yaşayış  üçün  demək  olar  ki, hazır  vəziyyətdədir.

Prezidentin  məlum  sərəncamından  sonra  Dünya Azərbaycanlıları  Mədəniyyət Fondunun  sədri, Avropa  Azərbaycanlıları  Konqresinin  birinci  vitse-prezidenti   Fizuli  Məmmədov mətbuata  maraqlı  açıqlama  verdi.

F.Məmmədov  Prezident  İlham  Əliyevin  sərəncamına  dəstək  olaraq, Cocuq Mərcanlının   bərpasına 3 milyon  manat  vəsait  ayırdığını  bəyan  etdi.

Amma  bir  vaxtlar   Frenk  El Kapone  kimi  tanınan  iş  adamının  vədləri  elə boş vəd  olaraq  qaldı. Cocuq  Mərcanlıda  tikinti  və  yenidənqurma işlərinin sona çatmasına baxmayaraq, Fizuli  Məmmədovdan  hələ də səs  çıxmayıb. Çoxları  bunu  bir  vaxtlar  siyasətdə  qonaq  olan  iş  adamının  "xal  qazanmaq” məqsədi  güddüyünü  bildirir.  

 Bəs  yalan  vəd  verib, xal  qazanmaq  istəyən  iş  adamı  Fizuli Məmmədov kimdir?

 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Fizuli Məmmədov ixtisasca hüquqşünasdır. 

 20 yaşında Rusiyaya köçən Fizuli  sahibkar kimi böyük uğurlar qazanır. 1989-cu ildə "İnterserver” şirkətinin prezidenti  vəzifəsinə  keçir.  Onun Moskvada və Rusiyanın bir çox şəhərlərində "Frend Fondu” fəaliyyət göstərir. 

 Hazırda həm Rusiya, həm də İtaliya vətəndaşı olan F.Məmmədovun adını və soyadını dəyişdirməsi cəmiyyətdə heç də birmənalı qəbul olunmur. Düzdür sahibkar sonradan Frenk Elkaponi ad və soyadından imtina etsə də, uzun müddət bu ləqəblə yaşayıb. Nəinki Rusiyada, hətta Azərbaycanda da onu bu adla tanıyırlar. Özünə əcnəbi ləqəb götürməsini sırf texniki səhv kimi qiymətləndirən azərbaycanlı iş adamının birinci həyat yoldaşı italiyan əsillidir və Elkaponi soyadını daşıyıb.

 Fizuli  Məmmədov  bir  müddət  aktiv  siyasətlə də məşğul olub. Azərbaycanda "XXI əsr Azərbaycan” adlı  partiyası  fəaliyyət göstərib. Deyilənlərə görə, həmin illərdə partiyanın rayon təşkilatlarına rəhbərlik edən şəxslər 300-500 dollar arası maaş alırmışlar.

 Bir ara adı "Milyarderlər İttifaqı” ilə əməkdaşlıqda hallanan F.Məmmədov qəti şəkildə bu iddiaları rədd edib. O, mətbuata açıqlamasında ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olmadığını deyib. 

2014-cü ildə Moskvadakı biznesini Avropaya köçürən F.Məmmədovun bu addımının səbəbi kimi Moskva meri olan Lujkovun vəzifədən getməsi göstərilirdi. 

 İki uşaq atası olan sahibkarın dəbdəbəli həyat sürdüyünə sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Bu videolarda onun bahalı avtomobillərdə pozlar verməsi öz əksini tapıb.

İş adamının adı qətlə yetirilən qanuni-oğru Rövşən Lənkəranski ilə də hallanmışdı. Mətbuatda gedən məlumatlata görə, R.Lənkəranski onun İtaliyada olan villasında gizlənibmiş. Fizulu Məmmədov özü isə bu xəbərləri təkzib etmişdi./diaspor.az

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam eddirəcəyik.

İCMAL.az


RƏYLƏR