"Rabitə Bank" 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Bank 2018-ci ili cuzi mənfəətlə başa vurub.
7NEWS.az "kommersant.az"-a istinadla xəbər verir ki, bankın cəmi aktivləri 44 mln. 872 min manat artaraq 772 mln. 113 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 28 mln. 450 min manat artaraq 682 mln. 302 min manat olub.
"Rabitə Bank"ın cəmi kapitalı 2018-ci ilin 4-cü rübündə 89 mln. 811 min manat olub ki, bu da 2017- cil ilin analoji dövrü ilə müqayisədə 16 mln. 422 min manat çoxdur.
MÜŞTƏRİLƏR DEPOZİTLƏRİNİ GERİ ÇƏKİB
Bankın kredit portfeli 83 mln. 120 min manat artaraq 317 mln. 765 min manat olub. Bankda müştərilərin müddətli depozitləri azalıb. Belə ki, 2017-ci ilin 4-cü rübündə 237 mln. 395 min manatlıq müştəri depoziti 2018 -ci ilin 4-cü rübündə 26 mln. 444 min manat azalaraq 210 mln. manat 951 min manat olub.
FAİZ GƏLİRLƏRİ ARTIB
Bankın xalis faiz gəlirləri 10 mln. 575 min manat artıb. Bununla da bankın 2018-ci ilin sonunda 22 mln. 444 min manatlıq xalis faiz gəliri olub. Qeyri-faiz gəlirləri isə 4 mln. manata yaxın azalıb. Belə ki, 2017 -ci ilin 4-cü rübündə 14 mln. 287 min manat manat qeyri-faiz gəlirinə sahib olan bank 2018-ci ildə 10 mln. 294 min manatlıq qeyri-faiz gəliri açıqlayıb. Qeyr-faiz xərclərini 1 mln. 342 min manat artıran bank 2018-ci ilin sonunda 7 mln. 454 min manatlıq qeyri-faiz xərci olduğunu bildirib.
MƏCMU KAPİTALI ARTIB
Bankın tutumlardan sonra məcmu kapitalı 10 mln. 784 min manat artaraq 102 mln. 979 min manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı isə ötən illə müqayisədə 3,7% azalıb.
Qeyd edək ki, bank 2018-ci ilin 4-cü rübünü 3 mln. 124 min manatlıq mənfəətlə başa vurub.