MEDİA rəhbəri qanun layihəsində gizli çəkilişlərlə bağlı məsələyə aydınlıq gətirib

OXUNUB: 519 index-manşet Özəl GÜNDƏM

"Media savadlılığı dövlətin özünün marağındadır və dövlət bunun həyata keçirilməsini təmin etməyi üzərinə götürür”.

 

Bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında "Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə. İsmayılov deyib ki, bu qanun qəbul olunduqdan sonra jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunması nəzərdə tutulur: "Məqsədimiz mediada sistemləşmənin təşkilidir. Bu sistemləşmə təşkil olunduqdan sonra daha çox güzəşt və imtiyazların verilməsi ilə bağlı layihələrlə çıxış edə bilərik. Layihədə nəzərdə tutulmuş normalar bizə bu imkanı verir. Reklama gəlincə, reklam məsələləri "Reklam haqqında” qanunla tənzimlənir. "Media haqqında” qanun qəbul olunursa, bu qanundan irəli gələn müvafiq dəyişikliklər və uyğunlaşdırma həyata keçiriləcək. Bununla bağlı məsələlər media nümayəndələri ilə müzakirə ediləcək. Onu da qeyd edim ki, dövlət qurumları ilə bağlı reklamla əlaqədar məsələlər "Dövlət satınalmaları haqqında” qanunla tənzimlənir. Dövlət orqanları tərəfindən mediaya veriləcək hər hansı təklif həmin qanunun çərçivəsinə aiddir. Hazırda bu sahədə problem görünmür”.

Ə. İsmayılov elanların rəsmi qəzetlərdə çap olunması ilə bağlı müddəanın ləğv edildiyini də nəzərə çatdırıb: "Artıq bu elanlar hökumətin yaratdığı tender.gov.az saytında yerləşdirilir”.

İcraçı direktor istinadın informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcəyi ilə bağlı (13.3-cü maddə) maddəyə də dəyişiklik ediləcəyini, artıq qanun layihəsində informasiya agentliklərinin informasiyalarına istinad məsələsinin əksini tapacağını nəzərə çatdırıb.

Ə. İsmayılov gizli çəkilişlərin qadağan olunması məsələnin media orqanlarının parklarda, küçələrdə çəkilişini əhatə etmədiyini nəzərə çatdırıb: "Gizli çəkiliş dedikdə gizli niyyət, audiovizual çəkiliş nəzərdə tutulur, burada media subyektlərinin fəaliyyətinə hər hansı məhdudiyyətdən söhbət getmir. Bu, sadəcə düzgün başa düşülməyib”./visiontv


RƏYLƏR