Bakıda mənzildən meyit tapılıb.
İcmal.Az apa-ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda yaşayan, 1989-cu il təvəllüdlü Natiq Eynulla oğlu İsmayılovun meyiti yaşadığı evdə aşkar edilib.
Onun ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az