3 övladının anasına evlənməyi təklif etdi - 120 min dollarlıq sürpriz - VİDEO - FOTO

OXUNUB: 1125 MARAQLI DÜNYA
 


Müsabiqədə brilyant qaşlı üzüyü udandan sonra bu ideya ağlıma gəldi. Reallaşdırmağa çalışdım və istəyimə çatdım. Əsas problem son ana qədər hər şeyi sirr saxlamaq idi.

Avstraliyanın Kuinslend vilaytində, Qold Kostda yaşayan 33 yaşlı Mayk Heymerin dediyinə görə, çox həyacanlı idi.

O, "3 övladımın anası" adlandırdığı xanımına, 2,5 ildən bəri qeyri-rəsmi nikahda yaşadığı 34 yaşlı Beki Brauna evlənməyi təklif edib.

Təklif "Pacific Fair" kinoteatrında olub.

Mayk bu təklif üçün 1200 dollarlıq üzük almışdı. Fəqət o, "Diamond Concierge" brilyant zinət əşyaları şirkətinin sponsorluğu ilə radiostansiyada keçirilən müsabiqədə qalib gələndən sonra fikrini dəyişib.

Müsabiqənin qalibinə 85 min dollar dəyərində, 2,1 karatlıq brilyant qaşlı üzük və şirkətin reklamına çəkilmək imkanı verilirdi.

Reklam çəkilişləri, bahalı oteldə bir həftəlik istirahət və 85 min dollarlıq üzük - cəmi 120 min dollar...

Maykl da 3 il əvvəl Beki ilə tanış olduğu yerdə, Yeni Cənubi Uels əyalətindəki Lennoks Heddə reklama çəkilib.

Həmin reklam da kinoteatrda filmin nümayişindən əvvəl göstərilib.

 

Maykl Bekini kinoteatra dəvət edəndə "American Assasin" filminə iki bilet udduğunu deyib.

"Sirrimi bir həftə gizli saxlamaq çətindi. Həmin gün yaxınlaşdıqca daha da narahat olurdum. Üstəlik, həyacandan əllərim də tərləmişdi", - üç övlad atası Mayk deyib.

Beki şoka düşdüyünü söyləyir: "Çox bahalı üzükdür. Maykın bu təklifi məni bəxtəvər etdi. Ekranda Maykı görəndə heyrətləndim. Sonra isə o, mənə evlənməyi təklif edib üzüyü göstərəndə, sanki, yuxudan ayıldım".

Mayk və Bekinin ailəsində 15, 11 və 6 yaşlı üç övlad böyüyür. Onlar Maykın əvvəlki nikahdan olan uşaqlarıdır./milli

3 övladının anasına evlənməyi təklif etdi - 120 min dollarlıq sürpriz - VİDEO - FOTO

3 övladının anasına evlənməyi təklif etdi - 120 min dollarlıq sürpriz - VİDEO - FOTO

3 övladının anasına evlənməyi təklif etdi - 120 min dollarlıq sürpriz - VİDEO - FOTO

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

3 övladının anasına evlənməyi təklif etdi - 120 min dollarlıq sürpriz

RƏYLƏR