7NEWS.az-da "Redaksiya siyasəti və peşə etikası" qaydaları müzakirə edildi - FOTOLAR

OXUNUB: 370 index-manşet Özəl GÜNDƏM

Medianın İnkişafı Agentliyinin "Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı sənədin nümunəvi forması media subyektlərinə göndərilib. Hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası kodekslərinin təsdiq olunması prosesinə başlanıb.

7NEWS.azinformasiya portalının baş redaktoru Səbuhi Abbasov mövzu ilə bağlı redaksiya heyətini məlumatlandırıb. S.Abbasov bildirib ki, media orqanı informasiya istehsalını reallaşdırarkən peşə etikasına ciddi və mütləq şəkildə əməl etməlidir: "Son 2 ildə media sahəsində ciddi islahatların şahidləriyik. Bir çox suallar yaradan qanun layihəsi yenisi, tam təfsilatlısı ilə əvəz edildi. Ümumilikdə, mediada islahatlar mərhələli şəkildə aparılmalıdır. Bu mənada, islahatların ən vacib hissəsinin peşə etikası, redaksiya siyasəti ilə bağlı olduğunu qəbul etməliyik”

Məlumat üçün qeyd edək ki, 7NEWS.azinformasiya portalında "Peşə etikası” bölməsi yaradılmış, ümumi prinsiplər tam şəkildə həmin bölmədə yerləşdirilimişdir.









RƏYLƏR