ABŞ səfiri: Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır

OXUNUB: 427 index-manşet
Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində deyib.

E. Litzenberqer bildirib: "Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır. Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".

RƏYLƏR