“Abşeron A1″MTK-dan daha bir özbaşınalıq - ŞİKAYƏT

OXUNUB: 647 GÜNDƏM Özəl İQTİSADİYYAT

Bakı şəhəri, Nərimanov rayonu R.Axundov küçəsi ev 43, mənzil 12-də yaşayan Sevil Nəsirova "Abşeron A1″MTK tərəfindən aldadıldığını iddia edir. DİA.AZ-a yazan narazı vətəndaş qeyd edir:

"Mən də aşağıda adı hallanan MTK-nin dələduz yığıncağından ziyan çəkmiş bir vətəndaşam. 2016-ci ilin iyun ayında müqvilə bağlayıb 3(üç) otaqlı mənzilə "payçı” oldum. Bir müddət ödəniş etdim,lakin MTK barədə payçı vətəndaşlar tərəfindən məhkəməyə verildiklərini oxudum. Bir müddət sonra mənzili təmir etmək üçün icazə stədim. 2017-ci lidə iki binanın ortasında tikinti aparıldığını və 2 il MTK-ya gəlməməyimizi bildirdilər. Mən mənzilə görə qalan vəsaiti onlara ödəməyə etiraz etdim və müqavilədə göstərilən şərtlərə əsasən ödədiyim vəsaitləri geri qaytarmağı bildirdim və İnternet ev alqı-satqı saytlarında mənzili satılmasını elan etdim. 2019-cu ildə mənzili almaq istəyən tapıldı. MTK-nin sədri Ağayev Ağamoğlan Duman oğluna zəng etdim ki,məsləni bildirim. Lakin telefonlarıma cavab vermədi və mən də MTK-ya gəldim və orada olanlardan soruşum ki, sədr haradadır. Məni qarşılayan və özlərini MTK-nin təsisçiləri kimi qələmə verənlər mənə bildirdilər ki, sənin "Abşeron A1″MTK -da mənzilin yoxdur və mühafizəni çağırıb məni oradan uzaqlaşdırmağı və bir daha içəri buraxmamağı tapşırdılar.
Mən də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi ərizə ilə müraciət etdim və MTK ilə bağladığım müqaviləni, ödəniş qəbzlərini və şəxsiyyət vəsiqəsinin dəyişdirilməsini barədə arayış və MTK tərəfindən qəbul edilib möhürlə təsdiq edilmiş sənədlərin surətini təqdim etdim. Üç ay iş DİN-də araşdırıldı və DİN-nin İstintaq və Təhqiqat İdarəsinin mənə göndərdiyi rəsmi məlumata əsasən, 08.01.2020 tarixdə işə baxılması üçün Baş Prokurorluğa göndərilb.
Mən də Baş Prokurorluğa müraciət etmişəm 19.03.2020 tarixdə AR Baş Prokurorluğu tərəfindən rəsmi məktubla işə baxılması üçün Abşeron rayonu prokuroru baş ədliyyə müşaviri Rahib Seyidova gödərilib və məktubda göstərildiyi kimi nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunur.
Mən də gözləyirəm nə vaxt mənə rəsmi cavab göndəriləcək.
O vaxta qədər də növbəti vətəndaşlar aldadılacaq və bu belə də davam edəcək”.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

 

İcmal.Az

RƏYLƏR