FED-in faiz endirimi ehtimallarının zəifləməsi dolları bahalaşdırırÖtən həftə Amerikada makroiqtisadi göstəricilərin dərcindən sonra FED-in uçotdərəcəsini azaldacağı ilə bağlı ehtimallar əhəmiyyətli dərəcədə zəiflədi.Faiz dərəcəsi proqnozundaki bu dəyişiklik ABŞ-ın güclü iqtisadi məlumatlarından vəinflyasiyanın yüksək açıqlanmasından sonra baş verir ki, bu da FED rəsmilərinin iyunayında faiz endiriminə başlamaq ideyasını rədd etmələrinə gətirib çıxarıb. FED sədriCerom Pavel də ötən həftənin əvvəlində sərt monetar siyasətin daha uzun müddətdavam etdirilməsinə ehtiyac olduğunu vurğuladı.Nəticədə dollar valyuta səbəti qarşısında (Dollar İndeksi) yüksələrək 106.52 bəndəyüksəlib. Bu isə, son 5 ayın maksimumudur.Qeyd edək ki, Yaponiyada, Almaniyada, Avrozodana, İngiltərədə və Amerikadaaçıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri,Yaponiyada, Avstraliyada və Amerikada dərc olunacaq iflyasiya məlumatları, Türkiyəvə Yaponiya mərkəzi banklarının faiz qərarları, eləcə də AMB sədri Kristin Laqardınçıxışı cari həftədə investorlarının diqqət mərkəzində olacaq əsas xəbərlərdir.Həmçinin geosiyasi risklər neft qiymətlərini dəstəkləməyə davam edəcək. Eləcə də,nəhəng texnologiya şirkətlərinin balans hesabatları yaxından izləniləcək.ABŞ inflyasiya rəqəmləriİnvestorlar cümə günü dərc olunacaq mart ayında yüksək səviyyədə qalmasıproqnozlaşdırılan, FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlakXərcləri (PCE) Qiymət İndeksi göstəricilərini gözləyirlər.Güclü əmək bazarı məlumatları, neft qiymətlərinin artmasına səbəb olan YaxınŞərqdə geosiyasi gərginliklər, o cümlədən, sədr Cerom Pavel də daxil olmaqla FEDrəsmilərinin açıqlamaları ilə yanaşı, inflyasiyanın qarşısının alınmasında irəliləyişindayandığını göstərən son məlumatlar investorların fazi endiriminə dair ehtimallarınınazalmasına səbəb oldu.Həftənin digər iqtisadi məlumatlarına əvvəlki rüblə müqayisədə cüzi azalmagöstərəcəyi gözlənilən ÜDM birinci rüb proqnozu daxildir. Bundan əlavə, yeni evsatışları və İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı kimi, önəmlimakroiqtisadi göstərilər də açıqlanacaq.Biznes Aktivliyi İndeksiİnvestorlar, xüsusilə də xidmət sektorunda inflyasiyanın geri qayıtdığını göstərən hərhansı əlamətlər olub olmadığını görmək üçün çərşənbə axşamı günü Avrozona, ABŞvə Böyük Britaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləriniyaxından izləyəcəklər.
Ana səhifə
/
GÜNDƏM / Özəl / İQTİSADİYYAT / “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
16.09.2026, 15:08 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir
07.09.2026, 15:49 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
31.08.2026, 13:28 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
25.08.2026, 12:39 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
"Həzi Aslanov" metrosu yaxınlığında təhvilə yaxın mənzillər
21.08.2026, 17:18 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri: Hansı seçim daha sərfəlidir?
29.07.2026, 17:23 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində İnvestaz-da hesablar uzun zamandır tam onlayn açılır
28.07.2026, 17:14 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏN REKORD GÖSTƏRİCİ: 98,10% QƏBUL VƏ 1717 BAKALAVR TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ TƏLƏBƏ QƏBULU !
-
SOSİAL Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb
-
Səhiyyə, İQTİSADİYYAT 2021-ci ildə "Azər-Türk Med"də aparılan plastik əməliyyatla bağlı cinayət işi başlanacaq

























