Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair növbəti seminar İsmayıllıda keçirildi

OXUNUB: 0 Özəl QHT

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" layihəsi çərçivəsində növbəti maarifləndirici seminar İsmayıllı rayonunda keçirildi.

35 rayon gəncinin iştirkı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təşkil olunan tədbirin açılışında ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli, İsmayillı DHTK-nin şöbə müdiri Elmir Ağayev və layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova iştirak edirdi.

Seminarı açıq elan edən Kollecin şöbə müdiri Elmir Ağayev seminarın gənclər üçün əhəmiyyətini qeyd edərək, təşkilatçılara öz təşəkkürünü çatdırdı.

Layihə rəhbəri Gülnarə Bağırova AGF-nin maliyyə dəstəyi ilə ADTGT İctimai Birliyi tərəfindən 3 ay ərzində icra olunan layihənin məqsədi, fəaliyyət istiqaməti və keçiriləcək maarifləndirici seminarların bölgə gəncləri üçün əhəmiyyətindən danışdı.

ADTGT İctimai Birliyinin sədri, ekspert Asif Əsgərli AGF-nin dəstək verdiyi bu layihənin region gənclərinin fəal iştirakçılığı, könüllülük, liderlik və sosial təşəbbüskarlıq sahəsində fəaliyyətində bir stimul olacagını qeyd etdi.

Sonra seminar A.Əsgərlinin hazırladığı modullar əsasında interaktiv şəkildə davam etdirildi. Ekspert bölgə gənclərinə fəal iştirakçılığın yolları, onun formalaşması, könüllülük işi, sosial təəbbüskarlıq, ictimai liderlik, liderliyin xüsusiyətləri və gənclərin qərar qəbuletmə və icraçılıqda roluna dair geniş və əhatəli bilgi və məlumatlar çatdırdı. Seminarda gənclərin də fikir və şərhləri, istək və maraqları da müzakirə olundu və onların açıqlama və mövqeyləri də eşidildi.

Yekunda ekspert və layihə rəhbəri tərəfindən region gənclərinə bölgədə fəal  iştirakçılıq və ictimai liderlik sahəsində imkan və perspektivlərin üzə çıxarılması və aidiyyətli qurumlarla işgüzar və silsilə əməkdaşlıq və tərəfdaşlıq qurulması istiqamətində tövsiyyələr verildina dəstək verməkdir.

 

 

 

      ADTGT İctimai Birliyinin ictimai əlaqələr

              və informasiya departamenti                      
 
 
 





 


RƏYLƏR