“İlk addım” layihəsi çərçivəsində sosial həssas yeniyetmələr üçün inkişaf və mentorluq proqramı həyata keçirilib

OXUNUB: 0 Özəl QHT SOSİAL

Bakı, 21 noyabr 2026 — Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində icra olunan "İlk addım: Sosial Həssas Yeniyetmələrin İnkişaf və Mentorluq Proqramı” layihəsi çərçivəsində 9, 14 və 21 noyabr tarixlərində Globus Center-də tədbirlər keçirilib. Tədbirlərdə 20 gənc iştirak edərək şəxsi inkişaf, sosial bacarıqların gücləndirilməsi və gələcək imkanlara hazırlıq istiqamətində təşkil olunan fəaliyyətlərə qoşulub.

Təşəbbüsün əsas məqsədi sosial həssas vəziyyətdə olan 17–18 yaşlı yeniyetmələrin potensialını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və gələcək təhsil və məşğulluq imkanlarına hazırlıqlarını gücləndirmək olub.

Proqram çərçivəsində iştirakçıların fərdi inkişaf planlarının hazırlanması, mentorlarla görüşlərin təşkili, CV tərtibi və müsahibə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də iş mühiti ilə tanışlıq və peşəkar əlaqələrin qurulması nəzərdə tutulub.

Layihə gənclərin özünəinamının artırılmasına, gələcək hədəflərini daha aydın müəyyənləşdirmələrinə və müstəqil həyata hazırlanmalarına töhfə verməyi hədəfləyib. Eyni zamanda, onların şəxsi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması, cəmiyyətin fəal üzvləri kimi formalaşmalarının dəstəklənməsi təşəbbüsün prioritet istiqamətləri olub.

 



 



RƏYLƏR