Dr. Rəhimə Atəş 10-cu Tibbi Reabilitasiya Konqresində iştirak edib - FOTOLAR

OXUNUB: 0 Səhiyyə Özəl
Klinik.Media xəbər verir ki, Türkiyənin Antalya şəhərində 12-15 noyabr tarixlərində 10-cu Tibbi Reabilitasiya Konqresi keçirilib. Türkiyə Fiziki Tıp ve Rehabilitasyon Uzman Hekimleri Derneği tərəfindən təşkil olunan konqresdə tibbi reabilitasiya sahəsinin tanınmış və peşəkar mütəxəssisləri iştirak ediblər.

Konqresdə iştirak edən fizioterapevt Dr. Rəhimə Atəş tədbirin yüksək səviyyədə təşkil olunduğunu, elmi bilik və praktiki təcrübə mübadiləsi baxımından olduqca faydalı və yaddaqalan olduğunu bildirib.

Dr. Rəhimə Atəş konqresdə iştirakla bağlı təəssüratlarını bölüşərək təşkilatçılara təşəkkür edib:
"Dəyərli hocalarımıza səmimi dəvətlərinə və qonaqpərvərliklərinə görə ürəkdən təşəkkür edirəm. Sahəsində tanınmış və peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən möhtəşəm konfransımızı uğurla başa vurduq. Hər detalı böyük diqqət və peşəkarlıqla hazırlanmış bu konfrans həm bilik və təcrübə mübadiləsi, həm də dəyərli insanlarla bir araya gəlmək baxımından olduqca faydalı və yaddaqalan oldu.
Xüsusilə Prof. Dr. Serdar Kesikburun, Dr. Evren Yaşar və Prof. Dr. Emre Adıgüzelə bu gözəl təşkilatçılıq və dəvət üçün təşəkkürümü bildirirəm. Belə möhtəşəm tədbirlərin davamlı olmasını arzulayıram. Daha gözəl görüşlərdə yenidən bir araya gəlmək ümidi ilə!”

Konqres tibbi reabilitasiya sahəsində bilik və təcrübə mübadiləsi, yeni yanaşmaların müzakirəsi və mütəxəssislər arasında əlaqələrin inkişafı baxımından mühüm platforma olub.
 


Klinik.Media

RƏYLƏR