Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfdaşlığı ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.10.2026 - cı il tarixindən etibarən həyata keçirilən "Rəqəmsal Gələcək: Region Gənclərinin İqtisadi İnteqrasiyası Layihəsi”-nə start verib.
Layihə gənclərin rəqəmsal iqtisadiyyatda yer tapması üçün ən effektiv və aşağıxərcli yollar öyrədir. Öz motivasiyanı tap, rəqəmsal bacarıqlar qazan və iş axtaran yox, iş quran gəncə çevril.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 90 nəfər gəncə "e-ticarət”, "data analitika” və biznes oyunları adlı təlimlər keçiriləcək və təlimlərdə fəal iştirakçılara masaüstü biznes oyunları hədiyyələri veriləcək.
Layihə Gəncə şəhərində təhsili alan gənclərin iştirakı ilə həyata keçiriləcək.
























