Açıq havada televizor? Samsung The Terrace!

OXUNUB: 485 Texnologiya

Son zamanlar biz getdikcə daha çox ev içində zaman keçirir, iş tapşırıqlarını yerinə yetiririk və ya ev işləri görürük, lakin bu, təmiz havada istirahət etməkdən imtina etmək üçün bir səbəb olmamalıdır. Bu səbəbdən də istifadəçilər ev həyatının rahatlığını təbiət ab-havası ilə birləşdirən yeni məkanlar təchiz edirlər. Belə ki, biz təkcə fiziki sağlamlığımıza nəzarət etmirik, həm də gündəlik həyatın tələskənliyindən və ətalətdən özümüzə dincəlməyə imkan yaradaraq mənəvi sağlamlığımızın qayğısına qalırıq. İstirahətinizi daha parlaq etmək üçün Samsung Electronics açıq havada istifadə üçün nəzərdə tutulmuş The Terrace televizorunu təqdim edir. Bu unikal məhsul suya və toza davamlıdır. Cihazın korpusu Beynəlxalq Elektrotexnika Komissiyası tərəfindən təsdiqlənmiş IP55 sukeçirməməzlik standartına malikdir.

Televizor seyrindən həzz almanız üçün The Terrace parlaq ekranla təchiz edilmişdir. Televizorun pik parlaqlığı 4000 nit-dən çox, orta parlaqlığı isə 2000 nitsdir, beləliklə, videoları hətta günün ən işıqlı vaxtında belə, rahat şəkildə izləmək olur. Bundan əlavə, The Terrace ekran səthindən işığın əks olunmasını azaldan parlama əleyhinə texnologiya ilə təchiz olunmuşdur. Həmçinin, televizor dəyişən işıqlandırma şəraitinə uyğun parlaqlığı avtomatik tənzimləyən Ağıllı Şəkil Optimizasiyası sayəsində aydın görüntü təmin edir. Beləliklə, The Terrace siz kabab hazırlayarkən qonaqlarınızın darıxmasına imkan verməyəcək, çünki cihazın ekranı görüntünün yüksək parlaqlığını və qaranlıq səhnələrin kəskin kontrastını təmin edir ki, bu da hətta birbaşa günəş işığı altında belə filmin hər bir kadrını aydın şəkildə izləməyə imkan yaradır.

The Terrace-da istifadə olunan Tizen əməliyyat sistemi sayəsində məzmuna baxmaq üçün ayrıca qurğu qoşmağa ehtiyac yoxdur - daxili funksionallıq sayəsində hər şey çox asandır. Sevdiyiniz oyunları oynamaq üçün sadəcə açıq havada dostlarınızla bir araya gəlməyiniz kifayətdir. The Terrace Soundbar-ın zəngin və dolğun səsi ilə səs-küylü bir yığıncaq təşkil etmək də indi çox sadədir. 210 Vt səs gücü, daxili gücləndiricilərin dərin basları və heyrətamiz "təmiz” səsi ilə çöldə olan yığıncağınızda məkan daxili səs keyfiyyətindən zövq alın. Ən əsası isə Soundbar vasitəsilə musiqi səsləndirmək üçün sadəcə olaraq ona smartfonunuzla toxunmaq yetərlidir.

İstədiyinizdə isə bütün ailəniz üçün xatirə axşamı təşkil edib, onu açıq havada keçirin. Şəkillərə baxın, emosiyalarınızı paylaşın, çünki The Terrace-da tətbiq olunan Tap View funksiyası ilə bunu etmək çox asandır, sadəcə olaraq smartfonu televizorun kənarına yaxınlaşdırın və seçdiyiniz media faylları dərhal ekranda görün. Sözü gedən bu funksiya böyük ekranda şəkillərdən tam zövq almağa imkan yaradır.

Bütün The Terrace cihazlarını idarə etmək üçün sadəcə bir universal televizor pultu One Remote Control istifadə olunur. Buna misal olaraq, səs panelində onun köməyi ili səs yüksəkliyini, və ya səs effektləri tənzimləmək mümkündür.

The Terrace televizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından və Baku Electronics, Irşad, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsində əldə bilirsiniz. Əlavə olaraq, The Terrace televizorları artıq rəsmi distributorlardan əldə edə bilərsiniz.

7News.Az

RƏYLƏR