“Azercell ictimai məlumatları açıqlamaqda xəsislik edir” –EKSPERT RƏYİ

OXUNUB: 647 Texnologiya İQTİSADİYYAT
Azercell-in gəlirləri nə qədər olub və nə zaman özəlləşməyə çıxarılacaq ?
"Azercell ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir”.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezienti İsman Gündüz bildirib.
Onun sözlərinə görə,  əksər ölkələrin mobil operatorları hesabat verərkən adətən ilk öncə gəlirləri, sonra infrastruktur xərclərini, daha sonra sosial xərclərini və nəhayət sonda dövlətə ödədiyi vergiləri açıqlayırlar: "Azercell dövlət şirkəti bir neçə gündür ki, Hesabat xarakterli məlumatlar açıqlayır. Əlbəttə, bütün bunlar həm dövlət şirkəti olaraq, həmdə ən böyük vergi ödəyicisi olaraq (ötən il 167 milyon manat vergi ödəyib) təqdirəlayiqdir. O baxımdan ki, bir neçə il öncə iflas səviyyəsində olan bir bir operator artıq böyük gəlirlər qazanmağa başlayıb. Amma maraqlıdır ki, Azercell ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir”.
Osman Gündüz deyib ki, bu dövlət şirkəti, əsas göstərici olan gəlirlərini açıqlamadan öncə artıq hər şeyi – ödədiyi vergilər, sosiala xərclədiyi pullar, dəstəklədiyi layihələr və s. açıqlayıb.
"Azercell dövlət şirkətindən gözləntilər isə daha çox aşağıdakı ictimai əhəmiyyət kəsb edən məlumatlardır :
– Ötən il gəlirlər nə qədər olub və dinamika necədir?
– Bir abonentdən əldə olunan gəlir (ARPU) necə dəyişib ?
– ASAN imzadan əldə olunan gəlirlər necədir?
– Mobil internet xidmətləri və danışıqlar üzrə gəlirlər və dinamika
necə olub?
– Rouminqdən daxil olan gəlirlər, Aztelekom-a ödənişlər və
dinamika necə olub ?
– İnfrastruktura nə qədər yatırım edilib ?
– 2G, 3G və 4G/LTE ilə əhatə neçə faizdir ?
– Abonent bazası nə qədər artıb ?
– Azercell-in nə zaman özəlləşməyə çıxarılması hədəflənib?”

RƏYLƏR