Ağdaş rayonunda intihar hadisəsi baş verib.
İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İcmal.Az