Ədliyyə Nazirliyi İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi, ədliyyə müşaviri Aynur Sabitovanın işdən çıxarılıb.
32gun.az-a daxil olan məlumatda bildirlir ki, Aynur Sabitova hazırda məzuniyyətdə olduğuna görə qərar rəsmiləşməyib. Onun işdən çıxarılması məzuniyyətini başa vurduqdan sonra rəsmiləşəcək. İddialara görə, Aynur Sabitovanın məzuniyyəti cari ayın sonu başa çatır. Deməli, növbəti ayın əvvəlindən o, sabiqlərin sırasına qoşulacaq.
Bundan əlavə, məlumatda iddia olunur ki, Aynur Sabitovanın fəaliyyəti ilə bağlı araşdırma aparıla bilər.
Onun xaricdəki "söyüş müxalifəti” ilə əlaqələrinə və həmçinin Ədliyyə Nazirliyinin keçmiş rəhbərliyi ilə işbirliyinin olmasına dair şübhələrin olduğu bildirilir.
Aynur Sabitovanın bir neçə dəfə Almaniyaya səfər etdiyi və orada rəsmi şəxslər barədə mühacirlərə materiallar ötürdüyünə dair şübhələr var.
Digər tərəfdən, onun fəaliyyətində korrupsiya hüquqpozmalarına dair faktların olması da istisna edilmir. Bu baxımdan, Aynur Sabitovanın fəaliyyətinin kompleks yoxlanılması düşünülür.
Məlumatlarda o da iddia edilir ki, Aynur Sabitova yaxın çevrəsinin təşkil etdiyi məclislərdə general olacağını bildirirmiş. Bu iddia doğrudursa, o zaman xanım rəisin karyerasına bu arzusuna çatmamış son verilib.