"Adnan Oktar o kişilərlə birgə mənə təcavüz etdi və..." - 15 yaşlı qız DƏHŞƏTLİ FAKTI AÇDI

OXUNUB: 1598 DÜNYA

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbsə atılan Adnan Oktarla bağlı açılan cinayət işində təşkilat qurbanlarının yeni ifadələri açıqlanıb.

İcmal.Az Türkiyə mediasın intinadən xəbər verir ki, qurbanlardan G.Ç. 15 yaşında hazırda şübhəlilər sırasında olan Kartal Gökhanla tanış olduğunu, habelə emosional yaxınlıq yaşadıqlarını və bir müddət sonra təşkilat üzvlərinin onunla zorla cinsi münasibətə girdiyini deyib.

G.Ç. bu zaman fotolarının çəkildiyini və bir müddət sonra onlarla mübarizə apara bilmədiyini, A.Oktarla tanış edildiyini deyib. Zərərçəkmiş bildirib ki, təşkilat üzvləri ilə cinsi münasibətdə olanda A.Oktar onları izləyib və bu sırada o da qıza təcavüz edib.

Şikayətçi Ebru A. ifadəsində qrupdan ayrılandan sonra kompüterinə təşkilat üzvlərindən Serap Akıncıoğlu tərəfindən izləmə proqramı yükləndiyini deyib.

Şikayətçi Məhmət Emin K. ifadəsində bildirib ki, 5 iyul hadisələrindən sonra A.Oktar bəzi şəxsləri rəhbəri olduğu televiziyaya çağıraraq Məhmət Eminə məxsus bütün var-dövləti Mərt Sucu adlı şəxsin adına keçirməyi tələb edib.

Şikayətçi Ebru A. ifadəsində deyib ki, 1992-93-cü illərdə A.Oktar bəzi evliliklərin şirk olduğunu və hər kəsin onunla evlənməsini tələb edib. Onunla evlənmək üçün qızlar tapmaqdan ötəri yaraşıqlı oğlanlarını təlimatlandırıb.

 

İcmal.Az

RƏYLƏR