"Green Hackathon 2024" layihəsi başa çatıb

OXUNUB: 624 Özəl SOSİAL
30 oktyabr 2024-cü il tarixində "Green Hackathon 2024" layihəsinin yekun tədbiri həyata keçirilib.

Final mərasimində komandalar yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həll təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış ediblər. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayıblar. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, AİB Azərbaycanın ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər qonaqlar çıxış ediblər.

Müsabiqənin sonunda "Greenix” komandası I yerə,  "Envirominds” komandası II yerə,   "AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar. 

Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar" mövzusunda panel müzakirə də təşkil olunub. Müzakirədə müxtəlif yaşıl innovasiya həllərinin və texnoloji trendlərin Azərbaycan üçün əhəmiyyəti vurğulanıb.  Ekspertlər, həmçinin beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.
 







 
 

RƏYLƏR