Hava limanına gedən yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
İcmal.Az Report-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Kazımov Emin Polad oğlu yolun Bülbülə qəsəbəsinə ayrılan hissəsində yerüstü piyada keçidindən istifadə etmədən qarşı tərəfə keçərkən onu maşın vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Sürücü Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İcmal.Az