AGAT və nəzdində fəaliyyət göstərən səkkiz milli icmaların təşkilatları Bəyanat verdi

OXUNUB: 1879 QHT
BƏYANAT 
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və demokratik dəyərlərinin əsas təbliğatçılarından biri kimi fəaliyyət göstərir. AGAT 2009-cu ildə Azərbaycanda yaşayan milli icmaların gənclər təşkilatlarının Koordinasiya Şurasını yaratmışdır. Hazırda Şurada ölkəmizdə yaşayan Yunan, Yəhudi, Türk, Ukrayna, Tatar, Kazak, Rus və Polyak xalqlarının nümayəndələri təmsil olunurlar.
Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonları işğal altında saxlayan Ermənistan Respublikası silahlı qüvvələri Qarabağda separatist-terroçulara dəstək verərək Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 24 ildən artıq müddətdə Azərbaycanın son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmişdir.  Erməni Silahlı Qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanmışdır. Eyni zamanda ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub.
Xüsusilə 04.07.2017-ci il tarixində, 20:40 saatında, Fizuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və mülki şəxs Quliyeva Sahibə Ermənistan silahlı qüvvələr tərəfindən qətlə yetirməsini söylənilənlərə sübutdur. Atəşkəs dövründə dəfələrlə mülki şəxslərə hücum nəticəsində balaca, günahsız uşaqlar məhz erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilir. Bu balaca uşaqların günahı nədir?! Onların günahı Ermənistan adlı işğalçı ölkə ilə qonşu mövqeyində olmaqdırmı?!
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 Qətnamənin lazımsız bir sənədə çevrilməsi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq Ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasında maraq göstərməməsi cəzasızlıqdan azğınlaşmış bu dövlətin növbəti təcavüz və terror aktı həyata keçirməsinə böyük zəmin yaratmışdır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi ( 822,853,874 və 884 ) qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyon 200 mindən artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsinə ciddi əsas verir. İkili standartların davam etməsi və beynəlxalq təşkilatların məsələyə mövqesiz yanaşması daha ağır fəsadlarla nəticələnir. Belə ki, dünən də iki yaşlı uşağın qətlə yetirilməsi artıq həyəcan təbilinin çalınmasına əsas verir.
Biz bir daha beynəlxalq təşkilat və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik. 
Biz AGAT və Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri olaraq, beynəlxalq ictimaiyyətə, əlaqədar siyasi qurumlara müraciət edərək, Ermənistanın Azərbaycana qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayonlardan erməni silahli dəstələrin çıxarılmasını və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini, ədalətli mövqe nümayiş etdirməsini Azərbaycanda yaşayan milli icmaların gənclər təşkilatlarının Koordinasiya Şurası olaraq tələb edirik.
Biz beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti tərəfindən iki yaşlı Zəhra Quliyevanın və digər ailə üzvünün Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinə təcili mövqe bildirilməsini və işğalçı ölkəyə müvafiq sanksiyaların tətbiq edilməsini tələb edirik. 
 
Nərgiz Xələf
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri
Şuranın koordinatoru
 
İcmal.Az

RƏYLƏR