Təlimçi Məlumat Bankına daxil olacaq yeni təlimçilər müəyyən olunub

OXUNUB: 578 Özəl QHT SOSİAL
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi Təlimçi Məlumat Bankına daxil ediləcək yeni qrup təlimçilərin siyahısı müəyyən olunub.
Azərbaycan Respublikası Gənclər Fondunun Təlimçi Məlumat Bankının məqsədi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən və ya Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihə və proqramlar çərçivəsində qeyri-formal təhsilin keyfiyyətinin artırılması, təlim-tədris prosesinin təşkilinə nəzarətin gücləndiriməsi və gənclərlə işləyən təlimçilərin əlaqələndirilməsidir.
Qeyd edək ki, daha öncə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən edilən elan zamanı Təlimçi Məlumat Bankına 51 nəfər daxil edilmişdir.
Məlumat Bankına qeydiyyata alınmaq üçün namizədin aşağıdakı meyarlara uyğunluğu qiymətləndirilir:
təlim proqramını tərtib etmək bacarığı;
təlimlərin keçirilməsi üzrə nəzəri və praktiki bilikləri;
komandada və müxtəlif qruplarda işləmək bacarığı; 
nəticəyönümlü olmaq;
təlim keçərkən qeyri-formal təhsil üsullarını tətbiq etmək və təlim metodlarından effektiv istifadə etmək;
təlimlərin aparılmasında 2 il təcrübə;
"Təlimçilər üçün Təlim” (Training of Trainers) iştirak;
Qeyd edək ki, təlimçilər Məlumat Bankına 2 il müddətinə daxil olunur.
Məlumat Bankında qeydiyyatda qalmaq üçün təlimçi 2 (iki) il müddətində ən azı 40 (qırx) saat təlim keçməlidir. 

RƏYLƏR