Ana 13 yaşlı qızının önündə bıçaqlandı - VİDEO - FOTO

OXUNUB: 462 MARAQLI

39 yaşlı Rakel Melo Motta 13 yaşlı qızının gözləri önündə bıçaqlanıb. Onunla dalaşan qadın Rakelə 3 dəfə bıçaqla zərbə endirib.

Olay Braziliyanın Rio de Janeyro şəhərinldən şimal-şərqdə yerləşən Makae şəhərində yaşanıb.

Bıçaqlanan Rakel avtomobilinin sükanı arxasına əyləşib və huşunu itirib.

O, təcili yardımla hospitala aparılıb və reanimasiya palatasında keçinib.

Rakel 13 yaşlı qızı ilə birlikdə alış-veriş mərkəzinə yollanmışdı. O, avtomobilini mərkəzin qarajına tərəf yönəldəndə arxadan gələn maşın Rakelin maşınına dəyib.

Həmin maşının sükanı arxasında İsla Kristina Pereyra de Souza vardı.

Qadınlar dalaşmağa başlayıblar və bu zaman İsla əlindəki bıçaqla 3 dəfə Rakeli vurub. Zərbələrin biri Rakelin ürəyinin altına dəyib.

 

Polisdən verilən məlumata görə, İsla Kristina Pereyra de Souza 2002-ci ildə doğulduğu Seara ştatında daha bir qadınıqətlə yetirməkdə şübhəli bilinir./milli


Ana 13 yaşlı qızının önündə bıçaqlandı - VİDEO - FOTO

Ana 13 yaşlı qızının önündə bıçaqlandı - VİDEO - FOTO


Ana 13 yaşlı qızının önündə bıçaqlandı

İcmal.Az

RƏYLƏR