Ağsu rayonunda qətl törədilib.
İcmal.Az xəbər verir ki, APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Gəgəli kəndində qadın ərinin əl-qolunu bağlayaraq, ona balta ilə xəsarət yetirib. Qadın oğlunun da kömək etdiyi bildirilir. Nəticədə kişi aldığı xəsarətdən ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
İcmal.Az