“Autizm” üzərində qurulan biznes: “NARINC"da KİM VƏ NİYƏ VALİDEYNLƏRİ ALDADIR?

OXUNUB: 3737 Özəl Seçilmiş Önəmli TƏHLİL

7NEWS.az xəbər verir ki, son bir neçə ildə ölkədə özəl klinikaların, psixoloji inkişaf mərkəzlərinin sayı durmadan artıq. Səhiyyə sahəsində mövcud olan boşluqları isə bir çox hallarda saxta həkimlər və klinikalar zəbt edirlər. Bu da sonucda ciddi fəsadlara yol açır.

Məsələnin digər neqativ tərəfi ondan ibarətdir ki, bəzi klinikalar, psixologiya mərkəzləri müalicəsi çətin və ya mümkün olmayan xəstəliklər üzərindən şou yaradaraq müştəri toplamağa cəhd edirlər. İCMAL.az xəbər verir ki, bu günlərdə "NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri NarıncRüstəmova sosial mediada maraqlı foto paylaşıb. Fotonun üzərində isə qeyd olunur ki, təxminən 3-4 yaşlarında uşaq cəmi 3 aya autizmə vəda edib (fotofakt əlavə edilib). Valideynlərin mental dəyərlərə sığınaraq məsələyə çox həssas davranış nümayiş etdirməsini gözəlbilər bəzi psixologiya mərkəzləri ucuz şou dalınca qaçırlar.

7NEWS.az olaraq Autizm xəstəliyi barədə qısa araşdırma elədik. Araşdırmalar arasında ən məntiqli, ən strateji izahat Həkim-pediatr Litaşovdan gəldi.

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Autizmin inkişaf etmə səbəbləri tibbdə hələ ki qədiq müəyyən edilməyib. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Həkimlərin müşahidələrinə görə, autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirilmiş anaların uşaqlarında inkişaf edir.

Autizmi olan insanların baş beyində müəyyən orqanik pozulmalar müşayiət olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir. Adətən bu xəstəliyin diaqnozu uşağa 3 yaşından sonra qoyulur. Bu zaman autizmi olan uşağın adi uşaqla olan fərqi daha gözə çarpan olur. Autizmi olan uşaqların əsas kliniki əlaməti digər insanlarla ünsiyyətə girməməsidir. Bu uşaqlar ətrafda olan insanları sanki görmürlər. Onların diqqətini yalnız onlara hər hansı işdə mane olmaqla cəlb etmək olur. Uşaq kollektivlərdə autistlər hər zaman tək oynayır, digər uşaqlara fikir vermirlər.

Bu xəstəliyin müayinəsi və müalicəsi ilə həkim psixiatr məşğul olur. Autizmin müalicəsi çox çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman lazım olan nəticə verməyən mübarizəyə hazır olmalıdırlar. Əsas müalicə üsulu psixoterapiya və sosial adaptasiyadır.

Autizmi olan uşağın müalicəsində hansı qaydalara əməl etmək lazımdır?

1. Təcrübəli psixiatrı seçin. Həkimi dəyişməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxardacaq.

2. Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam edir.

3. Autizm xəstəliyi olan uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək)təkrar etmək lazımdır. Hətta uşaq hər hansı vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.

4.Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq özünü itirir.

5.Uşağı əhatə edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerlərdə qalmalıdır.

6.Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çağırın. Səsinizi qaldırmayın. Uşağın adını eyni intonasiya ilə o vaxta kimi təkrarlayın, ki uşaq sizə fikir versin. Uşağı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.

Hər bir konkret halda müalicənin müddəti və nəticəsi fərqlidir. Möcuzə gözləməyin, gözləməyin ki, 1 aylıq müalicədən sonra uşağınız tam normal olacaq. Autizmi olan uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir. Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa başlayır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir və s. Bəzi hallarda isə hətta bir neçə illik müalicə heç bir effekt vermir.

Mövzunu davam etdirəcəyik



RƏYLƏR