Avtobuslardan istifadə edənlər, MÜTLƏQ OXUYUN – VİDEO

OXUNUB: 1011 SOSİAL
Son günlər havaların istiləşməsi sakinlərə ictimai nəqliyyatdan istifadədə çətinlik yaşadır. Sərnişin sıxlığı bir yana, isti hava avtobusda nəfəs almağı belə çətinləşdirir. Çıxış yolu kimi kondisionerlərdən istifadə olsa da, hələlik bu xidmət Şəkidə fəaliyyət göstərən avtobuslara şamil edilməyib.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru” verilişində sujet yayımlanıb.

Sakin: "Şərait yoxdur. İstidə dayanmaq olmur”.

Şahin Sadıqov (avtovağzal nəzarətçi) : "Böyük avtobuslarda yay sezonu ilə əlaqədər kondisionerlər işləyir”.

Bəzən nəqliyyat vasitələrinin pəncərələri tam açılmadığı üçün, avtobusun içərisinə az hava daxil olur.

Sakin: "Pəncərəni sən açırsan, arxadakı bağla deyir. Məcbur qalıb bağlayırsan”.

Lakin kondisionerlərin olmaması başqa problem, olaraq işlədilməməsi isə başqa bir məsələdir. Nəticədə avtobusdan istifadə edənlər sıxlıqla bərabər həm də, diskomfort bir şəraitdə getməli olurlar.

Vaqif Əhmədov (DANK-nın əməkdaşı): "Yaz-yay olduğu üçün əməkdaşlar arasında maarifləndirmə işləri aparılır. Amma istehsalçı şirkət tərəfindən bir çox avtobuslarda kondisioner quraşdırılmayıb”.

Şəki Nəqliyyat şöbəsindən bildirdilər ki, şəhərdə kondisioner sistemi özünü doğrultmur.

Paytaxta hərəkət edən iritutumlu 7, həmçinin rayonlararası və paytaxt isitqamətində hərəkət edən xırdatutumlu 11 avtobus kondisionerlə təchiz edilib.

 

İcmal.Az

RƏYLƏR